Sənaye istehsalı 3,1 faiz azalıb
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 24,7 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Bu, 2019-cu ilin müvafiq dövrünə nisbətən 3,1% azdır. Sənaye istehsalında azalma tendensiyası neft və qaz sektorunda istehsalın 4.9% azalması fonunda baş verir. Neftin kommersiya hasilatı 7,2% azalıb, əmtəəlik qaz hasilatı isə 12,2% artıb.