Səudiyyə Ərəbistanında ‘Cip’lərin davası - VİDEO
Səudiyyə Ərəbistanında bir cip sürücüsü avtomobilini mübahisə etdiyi digər sürücünün nəqliyyat vasitəsinə dəfələrlə çırpdı. Maide.Az İHA-a istinadla xəbər verir ki, Asir bölgəsinin Rafidah şəhərində bir cip sürücüsü yolda avtomobilini mübahisə etdiyi şəxsin nəqliyyat vasitəsinə çırpdı. Hadisədə hər iki nəqliyyat vasitəs yararsız hala düşsə də, ölən və yaralanan olmayıb. Asir Polis Mətbuat katibi Zaid Əl-Dabbaş, davada iştirak edən 4 nəfərin saxlanıldığını bildirib.