Maide.az

Səudiyyə rejiminin casus təyyarəsi vuruldu

Yəmən Ordusu və könüllü qüvvələr Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus casus təyyarəsini vurub.   Maide.Az "Əl-Masirah" kanalına iatinadla xəbər verir ki, Yəmən Ordusu və könüllü xalq qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə aid casus təyyarəsini Hudeydə əyalətinin əl-Darahimi şəhərində vurub.   Bu arada Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yahya Səri ABŞ-Səudiyyə koalisiya qırıcı təyyarələrinin son 24 saat ərzində Marib və əl-Cəvf əyalətlərinə 30 hava hücumu həyata keçirdiyini açıqlayıb.