Səudiyyə OPEK+ ölkələrinin tarixi razılaşmasının ilk maneəsini açıqlayıb
Səudiyyə Ərəbistanı Meksikanı da OPEK+ razılaşmasına əməl etməyə çağırıb. Ölkənin enerji naziri şahzadə Əbdüləziz bin Salman OPEK+ ölkələrinin hasilatın azaldılması ilə bağlı ötən günkü tarixi razılaşmasının həyata keçirilməsi üçün Meksikanın da anlaşmaya əməl etməsini tələb kimi irəli sürüb. O bildirib ki, bu anlaşmanın həyata keçirilməsinin şərti Meksikanın da bu razılaşmaya qayıtmasıdır. Qeyd edək ki, ötən gün Azərbaycan da daxil olmaqla OPEK+ ölkələri qara qızılın qiymətində sabitliyin əldə edilməsi üçün gündəlik hasilatı azı 10 milyon barel azaldıblar. Təkcə Azərbaycan payına düşən miqdardan 160 min barelini azaldıb. /SalamNews