Maide.az

Səudiyyə Ərəbistanında sel nəticəsində 7 nəfər ölüb

Səudiyyə Ərəbistanının şimal-şərqində  Hafar əl-Batin şəhərində güclü yağışlar nəticəsində meydana gələn sel nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.   Maide.Az " "Haber7" yə istinadən xəbər verir ki,  17 nəfəri xilasedicilər evlərindən təxliyyə edib.   Məlumata görə, 3 bina və 40 avtomobilə ziyan dəyib. Məsul şəxslər sakinləri daşqın bölgələrindən uzaq durmağa çağırıblar.   Fəlakət bölgəsində pis hava şəraiti səbəbindən məktəblərdə dərslər ləğv edildi.