Maide.az

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yanıb, 30 nəfər həyatını itirib

Səudiyyə Ərəbistanında “Ümrə” ziyarətinə getmiş zəvvarları daşıyan avtobus Mədinə şəhəri yaxınlığında qəzaya uğrayıb.    Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  qəza nəticəsində avtobusda yanğın baş verib.     Hadisə nəticəsində xarici vətəndaşlar olan  sərnişinlərdən 30 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.    Yaralılar xəstəxanaya çatdırılıb.  Ölən zəvvarların hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb.