Səhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olub
Bu mövsüm günvurmalarla bağlı təcili tibbi yardıma 29 müraciət daxil olub. Maide.Az bildirir ki, Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, onlardan 18 nəfəri hospitalizasiya edilib, 11 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 12-si qadın, 14-ü kişi, 3-ü uşaq olub. Qeyd edək ki, bu il havaların sərin keçməsi ilə əlaqədar müraciətlərin sayı ötən illə müqayisədə azdır.