Maide.az

Səudiyyə Ərəbistanı Rusiya üçün Həcc ziyarəti kvotasını 5 min nəfər artırıb

2019-cu ildə Rusiyadan təxminən 25 min müsəlman Həccə  gedəcək.    Maide.Az "islam.ru"a istinadən xəbər verir ki, belə ki Səudiyyə Ərəbistanı rusiyalılar üçün kvotanı daha 5 min artırıb. Sənədləri toplayan zəvvar başçılarının məlumatına görə  yerlər tamamən dolub.    Ziyarətə gedəcək müsəlmanların əksəriyyəti Şimali Qafqaz bölgəsinin sakinləridir.    Ümumiyyətlə Rusiyanın 64 əyalətinidən zəvvarlar Məkkəyə yola düşəcək.    Onlardan 2000-dən çoxu nəfəri Moskvada yaşayır.  Sayına görə Dağıstan, Çeçenistan, inquşetiya, Tatarıstan, Başqırdıstan Həcc ziyarətinə gedəcək zəvvarların sayına görə liderlik edir.