Maide.az

Səudiyyə Ərəbistanı Hudeydə liman sahillərindən 150 yəmənli balıqçını oğurlayıb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi  koalisiya qüvvələri  Əl-Hudeydə liman sahillərindən 150 yəmənli balıqçını oğurlayıb.    Maide.Az “Sputnik”ə istinadla xəbər verir ki,  bunu Ənsarullah  hərəkatı ötən gün yayımladığı bəyanatda bildirib.    Məlumata görə,  Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri  Əl-Hudeyda limanında 15 balıqçı gəmini və 150-dən çox balıqçını  Qırmız dənizdə oğurlayıblar.    Ənsarullah Səudiyyə rejiminin bu addımını  İsveç müqaviləsinin pozulmasıdır.    Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır.   Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.    Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.   Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir.   Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır.   Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.