Maide.az

Səudiyyə Ərəbistanı Azərbaycanın birbaşa təyyarə reyslərinin açılmasına dair təklifini bəyənib

Azərbaycanın Səudiyyə Ərəbistanı ilə birbaşa təyyarə reyslərinin açılmasına dair təklifi bəyənilib.   Maide.Az bildirir ki, ONA-nın məlumatına görə, bunu Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər jurnalistlərə açıqlamasında deyib.    İbrahim bin Əbdülrəhman əl-Ömər deyib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında çarter reyslərinin açılmasından sonra turizm sahəsində əlaqələrin daha da inkişaf edəcəyini gözləyirlər: “Çünki Azərbaycan çox gözəldir və turizm sahəsində ölkələrimiz əməkdaşlıq edə bilər”.