Maide.az

Səudiyyədə daşqın: 12 nəfər həlak olub

Səudiyyə Ərəbistanının  şimal-qərbində baş vermiş daşqın nəticəsində 12 nəfər həlak olub, 170 nəfər isə ağır yaralanıb.   Məlumatda bildirilir ki, 10 nəfər Tabuk rayonunda, 1 nəfər Mədinədə, 1 nəfər isə ölkənin şimal sərhədində ölüb.   Qeyd edək ki, hazırda hadisənin təfərrüatları araşdırılır. /FaktXəbər /