Səud rejimi Yəmənin infrastrukturunu dağıtmağa davam edir
Səusiyyə Ərəbistanı Yəmənin infrastrukturunu dağıdmağı davam edərək, Saad əyalətində yerləşən kommunikasiya qüllələrini qırıcılar vasitəsi ilə bombalayıb. Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, Səud rejimnin qırıcıları Xaydan və Sahar şəhərlərində 20-ə yaxın hücum edib. Hücum nəticəsində insan təlafətlarının olması bildirilir. Səudiyyə rejimi Yəmən qüvvələrinə məğlubiyyətindən sonra, hava hücumlarını artırmışdır.