Maide.az

Səudiyyə Ərəbistanda şiddətli yağış aeroportun tavanını uçurub - VİDEO

Səudiyyə Ərəbistanında leysan yağışlar Ər-Riyadın beynəlxalq hava limanının tavanına ziyan vurub və içərini su ilə doldurub.   Maide.Az “Report”a istinadən xəbər verir ki, xeyli miqdarda yağış suyu aeroportun baqaj şöbəsinə də dolub.   Noyabrın 8-də siklon Səudiyyə Ərəbistanına hazırda krallığın müxtəlif şəhərlərində yağmaqda davam edən leysan yağışlar gətirib.   Bundan əvvəl İordaniyada daşqınlar nəticəsində 7 nəfər ölüb.