Maide.az

Səfir: Azərbaycandan İraqa Ərbəin ziyarətinə gedən zəvvarların sayı artıb

Azərbaycandan bu il İraqa müqəddəs ziyarətgahlara gedən zəvvarların sayı əvvəlki illərdəkindən çox olub.   Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı səfiri Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.   Səfir bildirib ki, İraqa gedən zəvvarlarla bağlı hər hansı bir problem yaranmayıb:   "İraqa gedən zəvvarların viza almasına köməklik göstərilib. Ümumilikdə bu ilin Məhərrəm ayında Azərbaycandan İraqa 14 min nəfərə yaxın zəvvar gedib".