Səudiyyə Ərəbistan qüvvələri Qətif bölgəsinə hücum edib - FOTO
Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri şiələrin məskunlaşdığı Qətif bölgəsinə hücum edib, odlu silahlardan istifadə edərək partlayışlar törədib. Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanda sosial şəbəkə fəalları Qətif şəhərində keçirilən əməliyyatın 12 saat davam etdiyini bildirir. Təhlükəsizlik qüvvələri bir neçə küçəni bağlayıb. Atışma baş verib. Səudiyyə rejim qüvvələri bir neçə evi yandırıb.