Səudiyyə rejiminin zorakılığı nəticəsində Yəməndə 3 min qadın və 5 min uşaq həyatını itirib
Yəmənin Səhiyyə Nazirliyi bəyanat verərək, Səudiyyə rejiminin Yəmənə hücumlarının başlamasından etibarən 3 min yəmənli qadının həyatını itirdiyini bildirib. Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, UNİCEF də son vaxtlar hazırladığı hesabatında, Səudiyyə rejiminin Yəmənə hücumlarında indiyə qədər 5 mindən çox uşağın öldüyünü və ya orqan itkisinə məruz qaldığını bildirib. Yəməndə yaşayan təxminən 11 milyon uşağın demək olar ki, bütün humanitar yardımlara ehtiyacı var. BMT-nin Uşaq Hüquqlarını Müdafiə Komitəsi isə dərc etdiyi yekun hesabatında, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmənə qarşı hücumlarında 1200-dən artıq uşağının öldüyünü bildirib. 18 müstəqil ekspertdən ibarət komitə Yəməndə mülki yaşayış məskənlərinə qarşı hava hücumlarının dayandırılmalı olduğunu vurğulayıb.