Səudiyyə Ərəbistanı ilk dəfə olaraq turistlərə elektron viza verəcək
Səudiyyə Ərəbistanı “Vision-2030” strateji baxış proqramının bir hissəsi kimi turizm sektorunun inkişafı məqsədilə ölkədə böyük idman və əyləncə tədbirlərində iştirak etmək istəyən turistlərin viza alması üçün elektron platforma yaradıb. Maide.Az "azərtac"-a istinadla xəbər verir ki, ilk dəfə elektron vizalar Səudiyyə Ərəbistanında keçiriləcək Formula E yarışlarını izləmək üçün bilet alan turistlərə veriləcək. Bu ilin dekabrında baş tutacaq Formula E yarışları Səudiyyə Ərəbistanında ilk dəfə keçiriləcək.