Maide.az

Sərnişin təyyarəsi təcili eniş edib - 3 nəfər xəsarət aldı

“United Airlines”ə məxsus sərnişin təyyarəsi qatı duman səbəbindən Nyu-York Hava Limanında təcili eniş edib.   “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtondan Rod-Aylendə gedən 4697 saylı laynerdəki 50 sərnişin təxliyə edilib.   Eniş zamanı 3 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırmalara başlanıb.