Sərhədsiz həkimlər: İsrail əskərləri fələstinlilərə qarşı sümüyü toza çevirən güllələrdən istifadə edir
“Sərhədsiz həkimlər" (MSF) təşkilatı Livanın paytaxtı Beyrutda “Sümüklər toza çevrildiyində" mövzusunda panel təşkil edib. Maide.Az “AA”a istinadən xəbər verir ki, paneldə çıxış edən "Sərhədsiz həkimlər" (MSF) təşkilatının Livan ofisinin icraçı direktoru Cihan Besisu bildirib ki, işğalçı İsrail rejim əskərləri Böyük Qayıdış Yürüşünə qatılan fələstinlilərə hücumlar zamanı “sümükləri toza çevirən” güllələrdən istifadə edib. Qəzzadakı tibb sektorundakı durumu dəyərləndirən və Qəzzadan fotolara yer verilən paneldə MSF təşkilat həkimlərinin qarşılaşdığı hadisələrlə bağlı məlumatlar verilib. C.Besisu bildirib ki, etiraz aksiyalarının başlandığı iki ay ərzində “Sərhədsiz həkimlər" (MSF) təşkilatı həkimləri tərəfindən müalicə olunan fələstinli yaralıların sayı işğalçı rejimin 2014-cü ildə Qəzzaya hücumu zamanı yaralanan fələstinlilərdən daha çoxdur. “Təşkilata aid kiliniklərdə çox sayda yaralı müalicə olunub və tibb işçilərimiz sümüklərin tam anlamıyla toza döndüyünün şahidi olub. Əməliyyat nəticəsində yaralıların durumu sabitləşsədə bir çox yaralının yenindən əməliyyat olunmağa və uzun müddətli həkim nəzarətinə ehtiyacı var”. MSF təşkilatının Fələstində müalicə etdiyi yaralıların bəzilərinin işğalçı İsrail rejim əskərlərinin gecə hücumları və evlərə basqınları nəticəsində şoka düşən uşaqlar oluduğunu deyən C.Besisu bildirib ki, İsrailin tətbiq etidyi mühasirə Qəzzanı dünyadakı ən böyük açıq həbsxanaya çevirib.