Maide.az

Sədrin hərbi köməkçisi öldürülüb

"Əs-Sayrun" koalisiyasının rəhbəri Müqtəda əs-Sədrin hərbi köməkçisi, həmçinin "Səraya əs-Salam"ın (Sülh Tuqayları) komandirlərindən oıan Şövqi Həddad öldürülüb.   Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kufədəki evində naməlum şəxslər tərəfindən qətlə yetirilib.   Məsələ ilə bağlı hələlik Sədr tərəfindən açıqlama verilməyib.   Faktla bağlı İraq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.