Səudiyyə Yəməni bombaladı: əksəriyyəti qadın və uşaqlar olmaqla 24 qurban
Səudiyyə Ərəbistanını HHQ-nin Yəmənin Amran əyalətinə aviazərbələri nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla azı 24 dinc sakin həyatını itirib. Qurbanların 8-i uşaqdır. Hava zərbələri yerli vaxtla gecə saat 2-də olub. Hazırda dağıntılar altında sakinlərin axtarışına davam edilir. (faktxeber)