Səudiyyə Ərəbistanı Qətəri hədələdi
Fars Körfəzi ölkələri ABŞ-a görə, Qətərə yeni saknksiya tətbiq etmək istəyir. Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr açıqlama verib. Onun sözlərinə görə, yeni sanksiyalara səbəb Qətərin Suriyada olan ABŞ ordusuna maliyyə yardımı ayırmamasıdır. "Əgərə Qətər sanksiyalardan yaxa qurtarmaq istəyirsə o zaman ABŞ ordusunun Yaxın Şərqdə saxlanılması üçün maliyyə yardımı ayırmalıdır və Suriyaya qoşun göndərməlidir. Çünki ABŞ tərəfi Körfəz ölkələrinin təhlükəsizliyini təmin edir." A.Cubeyr deyib ki, ABŞ-ın Qətərin təhlükəsizliyini təmin etməyi dayandırması nəticəsində ölkə bir həftə ərzində dağıla bilər. Qeyd edək ki, ötən ilin iyun ayına kimi Suriyada terroçuları dəsətkləyən Qətər və başda Səudiyyə Ərəbistan olmaqla 4 Fars Köfəzi ölkələri arasında gərginlik artıb. Səudiyyəli nazirin açıqlamasından görünən odur ki, ABŞ Yaxın Şərqdə öz siyasətini həyata keçirmək üçün Fars Körfəzi ölkələrinin maliyyəsindən daha çox istifadə etmək niyyətindədir. Qətərin Suriyaya qoşun göndərməməsi və ABŞ-ı dəstəkləməməsi əlavə maliyyə yükü gətirib. Bu isə ABŞ-ın regionda siyasətini həyata keçirmək üçün öz büdcəsindən yeni xərclər ortaya qoymasına səbəb olub. Qərbin regionda "hərbi bazası" rolunu icra edən Səudiyyə Ərəbistanı isə son saray çevrilişindən sonra tamamilə ABŞ-ın vassalına çevrilib. Zəngin neft ölkəsi olan Qətərin proseslərdən geri çəkilməsi ABŞ və müttəfiqlərini ciddi ziyana salıb. Odur ki, Qətəri bütün vasitələrlə (hərbi yol istisna deyil) koalisiyaya qoşulmağa məcbur etmək istəyirlər.