Maide.az

Səudiyyə Ərəbistanda 4 Britaniyalı zəvvar ölüb

Səudiyyə Ərəbistanda zəvvarları daşıyan avtobus neft tankeri ilə toqquşub,  4 nəfər həyatını itirib,  12 nəfər yaralanıb.    Maide.Az xarici KİV-lərə isitnadən xəbər verir ki,  ötən gün baş vermiş qəzada ölən zəvvarların Britaniya vətəndaşları olduğu bildirilir.    Əl-Xilas şəhərindən Məkkəyə avtobusda 17 Britaniyalı zəvvar olub.    Yaralılar Məkkə şəhər xəstəxanasına çatdırılıb.    Qeyd edək ki,  2017-ci ildə  Ərəbistanda 6 Britaniyalı  zəvvar  avtoqəza nəticəsində həyatını itirib.