Səudiyyə Ərəbistanında Əsir bölgəsində vertolyot qəzaya uğrayıb
Səudiyyə Ərəbistanının cənubunda yüksək rütbəli məmurları daşıyan vertolyot qəzaya uğrayıb. Maide.Az bildirir ki, bu barədə "Al-Arabia" telekanalı xəbər verib. Məlumata əsasən, qəza nəticəsində Əsir bölgəsinin əmiri şahzadə Mənsur bin Mukrin, onun müavinləri və digər yüksək rütbəli məmurlar həlak olublar. Vertolyotun Əsir bölgəsində qəzaya uğradığı bildirilir. Qəzaya uğrayan vertolyotda neçə nəfərin olduğu açıqlanmayıb.