Maide.az

Səfər ayı üçün əlamətdar İslami günlər

Maide.Az səfər ayı üçün əlamətdar İslami günləri təqdim edir:  21- oktyabr – 1 səfər    Əhli-beyt  əsirlərinin Şama daxil edilməsi və 37-ci hicri –qəməri ilində Siffeyn  döüyüşünün başlanması 22 oktyabr – 2 səfər  Əhli – beyt əsirlərinin Yezidin məclisinə daxil edilməsi 25 oktyabr – 5 səfər   Xanım Rüqəyyənin  şəhadəti 27 oktyabr – 7 səfər   İmam Kazimin (ə) mövludu ( bir rəvayətə görə) 28 oktyabr – 8 səfər  Peyğəmbərin (s) səhabəsi  Salman Farsinin vəfatı 29 oktyabr – 9 səfər  İmam Əlinin (ə) vəfalı səhabəsi Əmmar Yasirin 93 yaşında ikən Siffeyn döyüşündə şəhadəti 3 noyabr -  14-səfər  İmam Əlinin (ə) vəfalı səhabəsi Məhəmməd ibn Əbu Bəkrin  şəhadəti 9 noyabr - 20 səfər İmam Hüseynin (ə) ərbəini 17 noyabr -  28 səfər İslam Peyğəmbərinin (s) rehləti; İmam Əlinin (ə) imamətinin başlanğıcı və İmam Həsənin (ə) şəhadəti 19 noyabr  - 30 səfər   İmam Rzanın (ə) şəhadəti