Səudiyyə Ərəbistanı 2018-ci ilin sonunadək 2 nüvə stansiyasının tikintisinə başlayacaq
2018-ci ilini sonunadək Məlik Abdullah adına nüvə və bərpa olunan enerji parkında iki atom stansiyasının tikintisinə başlanılacaq. Maide.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Məlik Abdullah adına nüvə və bərpa olunan enerji parkının nüvə enerjisi üzrə icraçı direktoru Mahir Əl-Üdvan deyib. O deyib ki, 2018-ci ilin sonunadək bu iki nüvə stansiyasının tikintisi üzrə tender elan olunacaq və stansiyaların tikintisi üçün müqavilələr imzalanacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı 1200 və 1600 meqavat elektrik enerjisi istehsal gücünə malik 2 nüvə stansiyası tikməyi planlaşdırır.