Səudiyyə Ərəbistanı kralının Rusiyaya səfəri başlayıb - VİDEO
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Rusiyaya səfəri başlayıb. Maide.Az xəbər verir ki, tarixdə ilk dəfə Səudiyyə Ərəbistan Kralı Rusiyaya səfər edib. Moskva hava limanında kral Salman bin Əbdüləzizin təyyarəsinin eskalatoru xarab olduğu üçün kral pilləkənləri özü düşmək məcburiyyətində qalıb. Səfər zamanı bir çox müqavilələrin imzalanacağı gözlənilir.