Səudiyyə Ərəbistan rejim hərbiçiləri Əvamiyyədə “Eynül-Hüseyn” məscidini dağıdıb
Səudiyyə Ərəbistan rejim hərbiçiləri şiələrin məskunlaşdığı Əvamiyyə bölgəsində “Eynül-Hüseyn” məscidini dağıdıb. Maide.Az “Al-Ahd” xəbər saytına istinadən məlumatına görə, məscid tamamilə dağıdılıb. Artıq 3 aydan çoxdur ki, Ali Səud rejim qüvvələri Əvamiyyə bölgəsinə hücumları gücləndirib. Bu müddət ərzində Səudiyyə rejim qüvvələrinin açdığı atəş nəticsəində 20 şiə şəhid olub. Səud rejim qüvvələrinin topxanasının açdığı atəş nəticsəində yüzlərlə Əvamiyyə sakininin evi dağılıb. Əhalinin elektrik enerjisi kəsilib. İnsanlar öz evlərindən didərgin düşüb.