Maide.az

Sərhəd xidməti tərəfindən axtarışda olan 379 nəfər tutulub

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin may ayı dövlət sərhədini pozduqlarına görə 32 nəfər saxlanılıb.   Maide.İnfo-nun verdiyi xəbərə görə, DSX-nin Mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, onlardan 13 nəfəri Azərbaycan, 7 nəfəri Özbəkistan, 6 nəfəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, hər ölkədən 1 nəfər olmaqla İran İslam Respublikası, Moldova, Pakistan, Əlcəzair vətəndaşıdır.   Sərhəd rejim qaydalarını pozarkən 949 halda 1253 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.   Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 379 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. /