Maide.az

Səudiyyə koalisiyası 800 gündür ki, Yəməni bombardman edir - Məruzə

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri artıq 800 gündür ki, Yəmənə amansız hücumlar təşkil edir.   Maide.Az xəbər verir ki, Səudiyyə koalisiyasının bu müddət ərzində həyata keçirdiyi hücumlar nəticəsində 2689 uşaq, 1942 qadın, 7943 yəmənli öldürülüb, 2541 uşaq, 2115 qadın və 16164 nəfər yaralanıb.   Koalisiya qüvvələri tərəfindən məhv edilən Yəmən infrastrukturunun siyahısı:   746 məscid   775 məktəb və təhsil mərkəzi   230 turizm mərkəzi   207 tarixi əsər mərkəzi   103 stadion və idman zalı   114 universitet   26 mətbuat binası   676 yem anbarı   528 yük maşını qida maddəsi   15 hava limanı   14 liman   162 elektrik stansiyası və generator   368 tanker və su paylama şəbəkəsi   353 antenna və peyk qəbuledicisi   294 xəstəxana və sağlamlıq mərkəzi   221 toyuq hini və inək tövləsi   404,485 yaşayış evi   1633 dövlət qurumu   1733 prospekt və körpü   2762 zavod   5769 ticarət mərkəzi   1784 kənd təsərrüfatı sahəsi   552 bazar və ticarət mərkəzi   289 yanacaq tankeri   318 benzin stansiyası   242 nəqliyyat vasitəsi (islamınsesi)