Səhiyyə Nazirliyi: Yanğın baş verən binada 5 nəfər tüstüdən zəhərlənib
Bakıda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğın nəticəsində 5 nəfər tüstüdən zəhərlənib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, onların hamısına hadisə yerində yardım göstərilib. Hazırda 3 təcili yardım briqadası hadisə yerindədir və lazım olduğu təqdirdə, vətəndaşlara xidmət göstərir. /