Maide.az

Səudiyyə lobbisi və mediası Qətər hakimiyyətini çevrilişlə hədələyib

Səudiyyənin ABŞ-dakı lobbisinin sədri Salman əl-Ənsari Qətərin əmirini çevrilişlə hədələyib.   Səudiyyənin ABŞ-dakı lobbisinin başçısı bildirib ki, Qətərin əmiri də Məhəmməd Mursi kimi devrilə bilər və onun taleyinə düçar ola bilər.   Bundan əlavə Səudiyyənin ər-Riyad qəzeti də yeni ittihamında Qətər hakimiyyətinə çevrilişlə bağlı xəbərdarlıq edib.   Bu qəzet yazıb: “46 ildə 5 çevriliş... Altıncının olması da mümkündür”   Bu qəzet proqnozlarının davamında yazaraq, bildirib ki "Qətər əmirinin əmisi uşaqları və hakim ailəsinin digər nümayəndələri əmirin çıxışlarından mübərradırlar və məktub yazaraq Səudiyyə kralından üzr istəyiblər."   Qeyd edək ki, Qətər və Türkiyə bölgədə İxvanul-Muslimin”in əsas dəstəkləyiciləridirlər. Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələr İraq və Suriyada “İxvanul-Muslimin”i və həmçinin Nusra Cəbhəsi və sair terror təşkilatlarını dəstəkləsələr də  Yarımadada və Şimali-Afrikada bu hərəkatın qatı düşmənləri hesab edilir. Qətərlə Səudiyyə arasında əsas problemlərdən biri kimi bölgədə hakimiyyət iddiasında olan siyasi islamçıların dəstəklənməsi məsələsidir. (islaminsesi) /