Maide.az

Səudiyyə rejimi şəhid Ayətullah Nimrin əmisi uşaqlarını şəhid etdi

Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri şiələrin sıx yaşadığı Avamiyyə şəhərinin Ər-Ramis məntəqəsində şəhid Ayətullah Nimr Baqir Ən-Nimrin yaxınlarının bağ evinə hücum edərək, onlardan bir neçəsini şəhid edib və bir neçəsini yaralayıblar.   Səudiyyə rejiminin qüvvələrinin təşkil etdiyi hücumda şəhid Ayətullah Nimrin əmisi uşaqlarından Məhəmməd və Miqdad Ən-Nimrin şəhid olduğu bildirilir.   Səudiyyə rejiminin müxalifləri Avamiyyədə olan bağ evinə edilən hücumun video görüntüsünü paylaşıblar.   Mənbələr Səudiyyə rejiminin qüvvələri tərəfindən təşkil olunan hücumda şəhid Ayətullah Nimrin oğlu Məhəmmədlə birlikdə 5 nəfərin də yaralandığını bildiriblər.   Qeyd edək ki, yanvarın 2-də Səudiyyə rejimi nüfuzlu Əhli-Beyt (ə) alimi şəhid Ayətullah Nimr Baqir Ən-Nimri edam etməklə, bütün dünyada müsəlmanların qəzəbini özünə qarşı qaldırmışdır.(deyerler)