`Səudiyyə Ərəbistan Yəməndə dinc sakinlərə qarşı açıq – aşkar kütləvi qırğın törədir`
Yoxsulluq, münaqişə və fəlakət hallarında əlil və aztəminatlı insanlara yardım göstərən “Handicap International” Qeyri Hökumət Təşkilatı və daha 5 belə təşkilat birgə bəyanat yayaraq Səudiyyə Ərəbistanın Yəməndə dinc sakinlərə qarşı açıq – aşkar kütləvi qırğın törətdiyini bildirib. “Maide” xəbər verir ki, birgə bəyanatda bildirilir: “ Hər gün atılan bombalar bütün dinc sakinlərin həyatına qarşı hörmətsizlikdir. Bizim komandalarımız hər gün dağıntılar altında qalan dinc sakinlərin axtarışını aparır. Dinc sakinlərin cismani və mənəvi əzab-əziyyətlərini müşahidə edir. Bu açıq – aşkar dözülməz və bizim dövrümüzə yaraşamayan bir kütləvi qırğındır” Bəyanatda həmçinin bildirilir ki, Amerika və Britaniya Səudiyyə Ərəbistanın Yəmənə təcavüzünün ilk günündən indiyədək bu ölkəyə 5 milyard dollar dəyərində silah satıb. Bu rəqəmin miqdarı həmin müddət ərzində Yəmənə edilən humanitar yardımların miqdarından 10 dəfə çoxdur. İnsan Hüquqları Müdafiəçi təşkilatlarının açıqlamasına görə, hazırda Yəməndə 19 milyon nəfər (ölkə əhalisinin 60 faizi) qida çatışmamazlığından əziyyət çəkir. Onlardan 3 milyon qadın və uşaq isə kəskin aclıq təhlükəsi ilə üz-üzədirlər. Ötən ilin oktyabr ayından indiyədək 20 min Yəmənli vəba xəstəliyinə tutulub və təqribən 100 nəfər həyatını itirib. BMT-nin məlumatına görə, Səudiyyə Ərəbistan rejiminin Yəmənə təcüvüzü nəticəsində 10 mindən çox yəmənli öldürülüb, 40 mindən çox yəmənli isə yaralanıb. Lakin Yəmənli qaynaqlar ölənlərin sayının 12 min nəfərdən çox olduğunu bildiriblər.