Maide.az

Səhiyyə Nazirliyi: Ötən il Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb

Müraciətlərin 32,8% lazımi şəraitdə saxlanılmayan məhlullardan zəhərlənmələrin payına düşür.   Ötən il Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb.   Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.    Nazirlikdən bildirilib ki, 2015-ci ildə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2462 müraciət daxil olmuşdursa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib.   Müraciətlərin 32,8% lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməyən dərmanlardan zəhərlənlərin (T36-T50), 21% - dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1% - yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür. /