Maide.az

Səngəçalda qaz xəttində yenidən yanğın olub - FOTO-VİDEO

Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.   Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. “Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, - deyə o bildirib.   Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.   SOCAR hadisənin baş verməsini təsdiqləyib.    Xatırladaq ki, 2016-cı il dekabrın 27-də və cari ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib. (apa) /