Maide.az

Səfirin ölümündən sonra Rusiyada ikinci şok: XİN nümayəndəsi evində ölü tapılıb

Rusiyanın  Ankaradakı səfiri  Andrey Karlovun öldürüldüyü gün  Moskvada da RF XİN nümayəndəsi evində ölü tapılıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Hurriyyet İngiltərə mediasına istinadla xəbər yayıb.   Agentliyin məlumatında bildirilir ki, öldürülən nümayəndə Rusiya XİN-ə bağlı qurumların birinə rəhbərlik edirmiş.   Hadisə yerinə yollana polis mətbəxdə 2 qəlpə və bir tapança tapıb. Hadisə vaxtı ölən nümayəndənin həyat yoldaşının da həmin mənzildə olduğu bildirilir.   Haqqında  rəsmi açıqlama verilməyən hadisənin cinayət, ya da intihar ola biləcəyi iddia edilir.