Səudiyyə Ərəbistanda hakim oğurlanıb
Səudiyyə Ərəbistanın Şərqiyyə vilayətinin Qətif şəhərinin Vəqflər və Mədəni İrs İdarəsinin hakimi Şeyx Məhəmməd Cirani evinin qarşısından oğurlanıb. Maide.Az xəbər verir ki, Səudiyyə rejim KİV-ləri bildirir ki, təhlükəsizlik qüvvələri şiələrin yaşadığı Qətif bölgəsinin Vəqflər və Mədəni İrs İdarəsinin hakimi Şeyx Məhəmməd Ciraninin oğurlanması faktını təsdiqləyiblər. Məlumatda bildirilir ki, Şeyx Məhəmməd Ciraniyə qarşı bundan öncədə dəfələrlə hücumlar olub və bir müddət öncə naməlum şəxslər onun evini yandırmaq istəyirmiş. Hazırda cinayət işi açılıb və araşdırmalar davam etdirilir.