Səddam Hüseyninin xalası oğlu həbs oldu
İraqın Kərkük əyalətində bu ölkənin sabiq diktatoru Səddam Hüseynin xalası oğlu Nizar Həmud Əbdülğəni həbs olunub. Maide.Az xəbər verir ki, O, Kərkükdə baş verən son hadisələrin təşkilində ittiham olunur. Saxlanılan şəxs ilkin istintaqda terrorçuların Kərkükə son hücumunda iştirak etdiyini təsdiqləyib. Qeyd edək ki, ötən həftənin cümə günü İŞİD terror qruplaşması Mosul əməliyyatdan diqqəti yayındırmaq məqsədi ilə Kərkükdə elektrik stansiyaına hücum etmiş və polis qüvvələri ilə terrorçular arasında qarşıdurma baş vermişdi. Qarşıdurmada 80 iraqlı həlak oldu, 200 nəfər yaralandı.