Maide.az

Sənədsiz evlərin problemi həll olunacaq – AÇIQLAMA

Bu il prezident "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2016-cı il 14 iyun tarixli 297-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.    Amma nədənsə sənədsiz evlərlə bağlı problem həll olunmaq bilmir ki, bilmir...   Fins.az-ın verdiyi məlumata əsasən, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dediyinə görə, problem həll olunmaq üzrədir:   “2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”.   Deputat bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda edilən dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq:   “Cənab Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək.   2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”.