Sənada Ərəbistanın dəhşətli cinayəti əleyhinə etiraz aksiaysı keçirilib – VİDEO
Ötən gün Səudiyyə Ərəbistanın Yəmənin paytaxtı Sənada yas mərasimində törətdiyi dəhşətli cinayətdən bir gün sonra on minlərlə yəmənli küçələrə axışıb və Səudiyyənin bu cinayətini pisləyiblər. Maide.Az xəbər verir ki, “qəzəb vulkanı” adlı etiraz aksiyasında iştirak edənlər təcavüzkar Səudiyyənin hücumlarını pisləyib və bu hücumların dayandırılmasını tələb ediblər. Etirazçılar Səud rejiminin cinayətlərini qınayaraq, beynəlxalq təşkilatların bu hadisələrə səssiz qalmasına etiraz ediblər Aksiya BMT-nin Yəməndə olan ofisi önündə keçirilib. Qeyd edək ki, Səudiyyə Ərəbistanın Sənada yas mərasimini bombalaması nəticəsində 900-ə yaxın insan ölüb və yaralanıb. Yəmən Alimlər Birliyi cihad hökmu verib və bu ölkənin əhalisini Səudiyyə Ərəbistana qarşı mübarizə meydanlarında daha aktiv və geniş formada iştirak etməyə çağırıb. “Hər kəs əlinə silah ala bilirsə Səudiyyə Ərəbistan əleyhinə olan bu cihada qoşulması vacibdir.” Yəmən Alimlər Biliyi həmçinin müsəlman ölkələrdən istəyib ki, Ərəbistanın Yəmənə qarşı vəhşicəsinə olan təcavüzünə qarşı açıq mövqe ortaya qoysunlar.