Səudiyyənin Sənada ötən günki cinayətinin qurbanlarının sayı artır: 458 şəhid, 356 yaralı
"Əl Məyaden" kanalının məlumatına görə, Səudiyyə Ərəbistanın ötən gün Sənada yas mərasimini bombalaması nəticəsində ölənlərin sayı artıb. Maide.Az xəbər verir ki, kanalın məlumatına görə Yəmən Xalq Konqresi Partiyasının baş katibi Yasir Əl-Aavasi bildirib ki, Səudiyyənin Sənada törətdiyi cinayət nəticəsində 458 nəfər şəhid olub və 356 nəfər yaralanıb. Məlumatda bildirilir ki, ötən günki yas mərasimi Yəmənin daxili işlər nazirinin atasının yas mərasimi olub. Al-Aləm kanalı isə məlumat verib ki, Yəmən Alimlər Birliyi cihad hökmu verib və bu ölkənin əhalisini Səudiyyə Ərəbistana qarşı mübarizə meydanlarında daha aktiv və geniş formada iştirak etməyə çağırıb. “Hər kəs əlinə silah ala bilirsə Səudiyyə Ərəbistan əleyhinə olan bu cihada qoşulması vacibdir.” Yəmən Alimlər Biliyi həmçinin müsəlman ölkələrdən istəyib ki, Ərəbistanın Yəmənə qarşı vəhşicəsinə olan təcavüzünə qarşı açıq mövqe ortaya qoysunlar.