Maide.az

Səbra və Şətila cinayətinin ildönümü: 34 il keçdi

  16-18 sentyabr 1982-ci il tarixində sionist rejim hərbçiləri, İsrailin həmin dövrdəki müharibə naziri Ariyel Şaronun başçılığı altında və Livan falanjistlərinin əməkdaşlığı ilə Səbra və Şətilada fələstinli didərginlərin düşərgəsinə basqın edib orada soyqırım həyata keçiriblər. Bu cinayət hadisəsində 3 min fələstinli, o cümlədən çoxlu sayda uşaq və qadın şəhid edilmiş, cəsədləri tikə-tikə doğranmış və kütləvi məzarda basdırılmışdı. 34 il keçməsinə baxmayaraq  hələ də Səbra və Şətila soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılmayıb. Sözdə insan haqları tərəfdarları hələ də sionist rejimin Qəzza və Fələstində törədilın cinayətlərə sükut edir Sionist rejimin Səbra və Şətila düşərgələrində fələstinli didərginlərə qarşı soyqırımının ildönümü münasibəti ilə hər il dünyanın müxtəlif ölkələrində etiraz aksiyaları keçirilir və bu soyqrıma görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması tələb olunur.