Səud qüvvələrinin məktəbi bombardmanı nəticəsində 28 uşaq yaralanıb
Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin məktəbə aviazərbələri nəticəsində yaralı uşaqların sayı 28-ə çatıb. FaktXəbər-in RİA-Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə "Sərhədsiz Həkimlər" təşkilatı bəyanat yayıb. Xatırladaq ki, şənbə günü Səudiyyə Ərəbistanı ilə sərhəddə olan Yəmənin Saada əyalətində Haydan rayonunda koalisiya qüvvələrinin məktəbə bombardman etmişdi. Aviazərbələri nəticəsində azı 10 uşaq həlak olub. /