Səudiyyə Ərəbistan Yəmənin şimalında dinc sakinlərin qətliamını davam etdirir - FOTO
Səudiyyə Ərəbistanın Yəmənə ölümcül hava hücumları davam edir. Səudiyyə qırıcıları Yəmənin Sada əyalətində yaşayış yerlərini bombalayıb, 16 dinc sakin həyatını itirib. Maide.Az xəbər verir ki, BMT yayımladığı son hesabatda bildirir ki, Səudiyyə rejiminin Yəmənə təcavüzünün başlandığı gündən indiyədək ötən 18 ay ərzində ən az 10 min nəfər həyatını itirib. BMT-nin statisatikasına əsasən, Yəməndə həlak olanların 60 faizdən çoxu Səudiyyə rejimininn Yəmənə hücumları nəticəsində ölən dinc sakinlərdir. Ölənlərin əksəriyyəti uşaqlar və qadınlarıdır.