Sərhədsiz Həkimlər: Yəmənin şimalında 6 xəstəxanada fəaliyyıtimizi dayandırırıq
Təcavüzkar Səudiyyə Ərəbistan rejiminin son həftələrdə Yəməndəki xəstəxanaları bombalamasının ardından Sərhədsiz Həkimlər elan edib ki, Yəmənin şimal bölgəsində olan 6 xəstəxanadan işçilərini geri çağırır. Maide.Az xəbər verir ki, Sərhədsiz Həkimlər bəyanat yayaraq bildirib ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın ölümcül hücumlardan çəkinməəsi və hücumları davam etdirməsinə görə, Sərhədsiz Həkimlər Təşkilatı Saadə və Hacca əyalətlərindəki xəstəxanaları (6 xəstəxana) xəstələr və həkimlər üçün təhlükəli hesab edir. Sərhədsiz Həkimlər koalisiya qüvvələrinə kordinatların verilməsinə rəğmən yenə bombardman olunmasını beynəlxalq hüquqa zidd adlandırıb. Sərhədsiz Həkimlər həmçinin Səudiyyə Ərəbistanın xəstəxananı səhvən vurması iddiasını da qəbul olunmaz adlnadırıb. Qeyd edək ki, işğalçı Ərəbistan qırıcıları bazar ertəsi günü Hacca əyalətində Abas xəstəxanasını bombaladı. Bu hücum nəticəsində biri həkim olmaqla 19 nəfər həyatını itirdi və 24 nəfər yaralandı. Saada və Hacca bölgəsində 17 ayda 4 xəstəxananın yerlə-yeksan olunduğunu qeyd edən təşkilat bir çox əhəmiyyətli cərrahın, uşaq həkiminin həlak olduğunu bildirib. (presstv)