Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində 7 mindən çox yəmənli şəhid olub
Yəmənin Səhiyyə Nazirliyi Səudiyyə Ərəbistanı rejimininin bu ölkəyə təcavüzü nəticəsində həlak olan şəxslərin və yaralananların statistikasını açıqlayıb. Maide.Az xəbər verir ki, Yəmən Səhiyy Nazirliyi bildirib ki, Səudiyyə rejiminin təcavüzünün ilk günündən indiyədək 7827 yəmənli şəhid olub. Onlardan 1620- si uşaq, 1199-u qadındır. Yəmən Səhiyyə Nazirliyinin məlumatına görə, Səudiyyə rejiminin təcavüzünün ilk günündən indiyədək 17 min 84 nəfər yaralanıb. Onlardan 2439 nəfər uşaq, 1800 nəfər isə qadındır. Bu müddət ərzində 1650 nəfər əlil olub.