Səudiyyə Ərəbistanın Qətif bölgəsində və Mədinə şəhərində güclü partlayışlar baş verib
Səudiyyə Ərəbistanın şərqində Əhli-Beyt (ə) tərəfdarlarının yaşadığı Qətif bölgəsində məscidə intiharçı hücum edərək özünü partladıb. Maide.Az xəbər verir ki, intiharçı bomba dolu avtomobili məscidin içərisində partlatmaq istəyirmiş, lakin buna müvəffəq ola bilməyib. Bəzi məlumatlara görə, Fərəcül-İmran məscidinin yaxınlığında iki partlayışın baş verdiyi bildirilir. Hələlik dəymiş ziyan və itgilər barədə məlumat yoxdur. Əl-Əxbariyyə televiziyası Mədinə şəhərində Məscidül-Nəbi yaxınlığınada partlayışın baş verdiyini bildirib. Partlayış təhlükəsizlik qüvvələrinin qərargahının yaxınlığında baş verib, iki nəfər həlak olub.