Maide.az

Səudiyyə Ərəbistanda avtobus qəzası: 15 nəfər ölüb, 29 nəfər yaralanıb - FOTO

Səudiyyə Ərəbistanda  avtobus ilə yük maşını toqquşması nəticəsində  15 nəfər ölüb, 29 nəfər yaralanıb.    Maide.Az xəbər verir ki, yol nəqliyyat hadisəsi  Riyad – Qəsim maqistral yolunda baş verib.    Məlumata görə,  fəhlələri daşıyan  avtobus  yük maşını ilə toqquşub və  nəticədə avtobusda yanğın baş verib. Yanğın nəticəsində 15 nəfər həyatını itirib. Yaralılardan  5-nin vəziyyətinin ağır olduğu bildirilir.    Hadisədə ölənlər Suriya, Hindistan və Pakistandan olan fəhlələrdir.