Səudiyyə Ərəbistan Qətif bölgəsindən olan 14 şiə etirazçını edama məhkum edib
Maide.Az Presstv-yə istinadən xəbər verir ki, Səudiyyə rejim məhkəməsi Əl-Şərqiyyə əyalətinin Qətif bölgəsindən olan 14 şiə etirazçı haqqında ölüm hökmü çıxarıb. Məhkəmə 9 nəfərə isə həbs cəzası kəsib. Səudiyyə rejim məhkəməsi etirazçılara terrorçu damğası vuraraq ölüm hökmü çıxarıb. Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanın tanınmış şiə alimi Şeyx Nimr rejim tərəfindən beynəlxalq qınaqlara baxmayaraq edam edilərək şəhid edilmişdi.